Yuxarı

​MSK keçmiş daxili işlər nazirinin şikayətinə baxıb

MSK sədri Məzahir Pənahov deyib ki, deputatlığa namizədlərin sayının çox olması və yerlə bağlı problem ola bilər

Bakı. 16 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünki iclasında 123 saylı Kəlbəcər Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan İsgəndər Həmidovun şikayətinə baxılıb.

“Report”ub məlumatına görə, İ.Həmidov müraciətində seçkiqabağı təşviqatın aparılmasına imkan yaradılmadığını bildirib. O qeyd edib ki, təşviqat aparmasında maneçilik törədilir.

MSK sədri Məzahir Pənahov deyib ki, deputatlığa namizədlərin sayının çox olması və yerlə bağlı problem ola bilər. O, MSK üzvlərinə məsələni araşdırmağı tapşırıb.

MSK məsələni baxılması üçün 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasına göndərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi