​MSK Katibliyinin müdiri: “Siyasi partiyalardan MSK-ya heç bir şikayət daxil olmayıb”

​MSK Katibliyinin müdiri: “Siyasi partiyalardan MSK-ya heç bir şikayət daxil olmayıb” "Bundan sonrakı müddətdə MSK-ya şikayətlər daxil olacaqsa, araşdırılacaq"
Milli Məclis
1 Noyabr , 2015 20:31
​MSK Katibliyinin müdiri: “Siyasi partiyalardan MSK-ya heç bir şikayət daxil olmayıb”

Bakı. 1 noyabr. REPORT.AZ/ “Parlament seçkilərində 767 deputatlığa namizəd iştirak edib. Bunların təxminən yarısı siyasi partiyaların nümayəndələridir. Siyasi partiyaları təmsil edən deputatlığa namizədlərdən Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb”. 

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov deyib. 

O bildirib ki, bundan sonrakı müddətdə MSK-ya şikayətlər daxil olacaqsa, araşdırılacaq: “Səsvermə başlayan andan indiyədək MSK-ya qanun pozuntuları ilə bağlı şikayət daxil olmayıb”.

Son xəbərlər

Orphus sistemi