MSK DSK-lardan şikayətə baxıb, Pənah Hüseyn qərarla razılaşmayıb

MSK DSK-lardan şikayətə baxıb, Pənah Hüseyn qərarla razılaşmayıb MSK iki nəfərin namizədliyini qeydə alıb
Milli Məclis
5 Oktyabr , 2015 17:37
MSK DSK-lardan şikayətə baxıb, Pənah Hüseyn qərarla razılaşmayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Sonra bu il noyabrın 1-nə təyin edilən parlament seçkilərilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Komissiyanın katibi Arifə Muxtarova deyib ki, “Azadlıq-2015” seçki bloku tərəfindən 79 saylı İmişli Seçki Dairəsindən namizədliyi irəli sürülən Mirismayıl Hadi MSK-ya müraciət edib. O, müraciətində Dairə Seçki Komissiyasından etdiyi şikayətini geri götürdüyünü elan edib. Ona görə də M.Hadinin müraciətinə xitam verilib.

15 saylı Yasamal birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Gəray Əsədov DSK-nın qərarını mübahisələndirib. MSK onun DSK-ya təqdim etdiyi imzalardan 515-ni etibarlı hesab edib, G.Əsədovun namizədliyi qeydə alınıb.

64 saylı Sabirabad ikinci Seçki Dairəsindən “Azadlıq-2015” seçki bloku tərəfindən namizədliyi irəli sürülən Qiyas Sadıqbəylinin səlahiyyətli nümayəndəsi Pənah Hüseyn MSK-ya müraciət edib. P.Hüseyn müraciətində bildirib ki, DSK-nın Q.Sadıqbəyli ilə bağlı çıxardığı qərar əsassızdır. MSK şikayəti təmin etməyib.

P.Hüseyn MSK-nın qərarına etiraz edib. O bildirib ki, DSK-nın qərarı qüvvədən düşməlidir, bununla bağlı MSK ayrıca qərar qəbul etməlidir. P.Hüseyn MSK-nın qərarından məhkəməyə şikayət edəcəklərini qeyd edib.

118 Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Musa Ağayevin şikayətinə də baxılıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, M.Ağayevin DSK-ya təqdim etdiyi imzalar yetərli və etibarlıdır. MSK M.Ağayevin namizədliyini qeydə alıb.

Son xəbərlər

Orphus sistemi