Yuxarı

MSK deputatlığa namizədliyi qeydə alınanların sayını açıqlayıb

Namizədlərdən 277-ni 15 siyasi partiya, 19-nu Azadlıq-2015 seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1 243 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, qeydə alınan namizədlərin 277-ni 15 siyasi partiya, 19-nu "Azadlıq-2015" seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb, 945 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb.

M.Pənahov qeyd edib ki, MSK-da 166 müşahidəçi qeydiyyatdan keçib. Dairə seçki komissiyalarında isə 15 272 müşahidəçi qeydə alınıb.

İndiyə qədər MSK-da 40 müraciətə baxılıb. Onlardan 14-nün müraciəti təmin olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi