MSK deputatlığa namizəd olmaq istəyən şəxslərin şikayətlərinə baxıb

MSK deputatlığa namizəd olmaq istəyən şəxslərin şikayətlərinə baxıb Dairə seçki komissiyalarının qərarları qüvvədə saxlanılıb
Milli Məclis
13 Oktyabr , 2015 17:22
MSK deputatlığa namizəd olmaq istəyən şəxslərin şikayətlərinə baxıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda bu il noyabrın 1-nə təyin edilən parlament seçkilərilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Şikayətlərlə bağlı MSK üzvləri Ramiz İbrahimov və Tofiq Həsənov məlumat veriblər.

“Azadlıq-2015” seçki blokunun təşəbbüsü ilə namizədliyi 66 saylı Biləsuvar Seçki Dairəsindən irəli sürülən Mirzəkulla Zəki, Ümid Partiyası tərəfindən 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Aynur Bağırzadə, 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürən Ülvi Həsənov, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən “Azadlıq-2015” seçki blokunun təşəbbüsü ilə namizədliyi irəli sürülən Nizami Abdurrazaqov, 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən “Azadlıq-2015” seçki blokunun təşəbbüsü ilə namizədliyi irəli sürülən hüquqşünas Akif Hüseynov DSK-nın qərarından MSK-ya şikayət ediblər. MSK onların şikayətlərini təmin etməyib.

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən namizədliyi qeydə alınan Səlimağa Səlimli digər qeydə alınmış namizəd Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin seçkiqabağı qanunsuz təşviqat aparması ilə bağlı MSK-ya şikayət edib. MSK müraciəti baxılması üçün DSK-ya göndərib.

Son xəbərlər

Orphus sistemi