Yuxarı

​MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyalarında isə 37 min müşahidəçi qeydə alınıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında (MSK) bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləyəcək 605 müşahidəçi qeydiyyatdan keçib.
“Report”un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, dairə seçki komissiyalarında isə 37 min müşahidəçi qeydə alınıb.
M.Pənahov MSK-dan seçkiləri izləmək üçün 19 beynəlxalq təşkilatdan 222 müşahidəçinin qeydiyyatdan keçdiyini də bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi