​MSK Elza Seyidcahanın tərəfdarlarının şikayətini təmin etməyib

​MSK Elza Seyidcahanın tərəfdarlarının şikayətini təmin etməyib Elza Seyidcahan şikayəti öz adından deyil, ona səs verən seçicilərin adından MSK-ya ünvanlayıb
Milli Məclis
5 Noyabr , 2015 16:43
​MSK Elza Seyidcahanın tərəfdarlarının şikayətini təmin etməyib

Bakı. 5 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd olan əməkdar artist Elza Seyidcahanın (Qasımova) namizədliyini müdafiə edən iki seçicinin şikayətinə baxılıb.

“Report”un məlumatına görə, şikayətçilər seçki dairəsinin nəticəsinin ləğv edilməsini istəyiblər. 

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, E.Seyidcahan şikayəti öz adından deyil, ona səs verən seçicilərin adından MSK-ya ünvanlayıb.

Ekspert Qrupunun araşdırması nəticəsində isə məlum olub ki, müraciətdə seçki dairəsinin nəticəsinin ləğv olunmasına dair konkret faktlar mövcud deyil. O da məlum olub ki, müraciət edən şəxslər həmin seçki dairəsinin ərazisində yaşamırlar.

Ona görə də MSK şikayəti təmin etməyib.

Son xəbərlər

Orphus sistemi