Yuxarı
    Bağlamaq

    Milli Məclisə seçkilərlə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi müddəti başa çatıb

    Seçici siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə azı 25 gün qalmış yekunlaşmalıdır

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları tərəfindən hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi müddəti başa çatıb.

    "Report"un məlumatına görə, seçici siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə azı 25 gün qalmış yekunlaşmalıdır.

    Məntəqə seçki komissiyalarının seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar etməsi müddəti də başa çatıb.

    Proses seçkiyə start verildiyi andan (avqustun 28-dən) səsvermə gününə azı 25 gün qalmış başa çatmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi