Milli Məclisə seçkilərlə bağlı səsvermə bülletenlərinin çapına başlanılıb - FOTOLAR

Milli Məclisə seçkilərlə bağlı səsvermə bülletenlərinin çapına başlanılıb - FOTOLAR MSK sədri seçki prosesində jurnalistləri fəal olmağa çağırıb
Milli Məclis
14 Oktyabr , 2015 11:27
Milli Məclisə seçkilərlə bağlı səsvermə bülletenlərinin çapına başlanılıb - FOTOLAR

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə bağlı səsvermə bülletenlərinin çapına başlanılıb.

“Report”un məlumatına görə, MSK sədri Məzahir Pənahov bülletenlərin çap edildiyi Milli Məclis Aparatının mətbəəsinə baş çəkib, görülən işlərlə tanış olub.

M.Pənahov deyib ki, səsverməyə 10 gün qalana qədər, yəni, oktyabrın 22-dək seçki bülletenləri tam çap olunmalıdır: “125 seçki dairəsi üzrə ümumilikdə 5 milyon 344 min 431 səsvermə bülleteni çap olunacaq. Bu da seçicilərin sayından 3 faiz çoxdur. Səsvermə bülletenləri seçkiyə  5 gün qalana qədər DSK-lara, 3 gün qalana qədər isə məntəqə seçki komissiyalarına paylanılır. Hesab edirəm ki, bu prosesdə heç bir problem olmayacaq”.

O bildirib ki, əvvəlcə Naxçıvandakı seçki dairələrinə, sonra isə ucqar rayonlardakı seçki dairələrinə bülletenlər paylanılacaq.

MSK sədri seçki prosesində jurnalistləri fəal olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi