Milli Məclisə seçkilərdə çap ediləcək bülletenlərin sayı açıqlanıb

Milli Məclisə seçkilərdə çap ediləcək bülletenlərin sayı açıqlanıb MSK-nın iclası keçirilib
Milli Məclis
23 Sentyabr , 2015 16:11
Milli Məclisə seçkilərdə çap ediləcək bülletenlərin sayı açıqlanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, MSK-nın 18 sentyabr iclasının protokolu təsdiq edilib.

Daha sonra bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılıb. Bununla bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O deyib ki, seçki bülletenlərinin sayı 5 milyon 344 min 431 ədəd olacaq.

Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi