Yuxarı

Məzahir Pənahov: "Seçkilərə hazırlıq təqvim planına uyğun keçirilib"

MSK sədri deyib ki, 5 milyondan çox seçicinin səsverməsi üçün lazımi şərait yaradılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Seçkilərə hazırlıq Mərkəzi Seçki Komissiyasının (MSK) planına və təqvim planına uyğun keçirilib.

"Report"un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulmuş işlər vaxtında həyata keçirilib. M.Pənahov əlavə edib ki, 5 milyondan çox seçicinin səsverməsi üçün lazımi şərait yaradılıb: "125 deputat yeri uğrunda 767 namizəd mübarizə aparacaq, onların yarısından çoxu siyasi partiyaları təmsil edir. Namizədlər 15 siyasi partiyanı və "Azadlıq" seçki blokunu təmsil edirlər".

Onun sözlərinə görə, ən çox namizədin qeydə alındığı dairədə 12 namizəd var. Ən az namizədin olduğu dairədə isə 3 namizəd var. Həmçinin seçki məntəqələrində yüksək keyfiyyətli 1000-dən çox veb-kamera quraşdırılıb.

Müşahidəçilər barədə danışan M.Pənahov deyib ki, 66 mindən artıq müşahidəçi qeydə alınıb, onlar üçün də bütün şərait yaradılıb. O qeyd edib ki, müşahidəçilər arasında nüfuzlu təşkilatların nümayəndələri də var.

M.Pənahov əlavə edib ki, seçkilərdə 2 yerli və 2 xarici təşkilat "exit poll" keçirəcək. Onlardan biri Fransa təşkilatıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi