Yuxarı

Məzahir Pənahov: “Seçki məntəqələrində əlil insanlar üçün panduslar quraşdırılmalıdır”

“Bütün məntəqələr əlil seçicilərin səsvermələri üçün tam hazır olmalıdır”

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Seçki məntəqələrində əlil insanlar üçün panduslar quraşdırılmalıdır”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, əvvəlcə əlil insanların siyahısı dəqiqləşdirilməlidir: “Onların seçki məntəqələrində səs vermələri üçün məntəqələr panduslarla təmin edilməlidir. Bütün məntəqələr əlil seçicilərin səsvermələri üçün tam hazır olmalıdır. Çünki bəzən onlar özləri seçki məntəqəsinə gəlib səs vermək istəyir. Ona görə də fiziki imkanları məhdud olanlar üçün şərait yaradılmalıdır”.
MSK sədrinin müavini Natiq Məmmədov isə deyib ki, panduslar daha çox əlil seçicilərin olduğu ərazilərdə quraşdırılmalıdır.
Qeyd edək ki, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi