Məzahir Pənahov Latviya MSK-nın sədri ilə görüşüb

Məzahir Pənahov Latviya MSK-nın sədri ilə görüşüb Arnis Çimdars noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı görülən işlərlə maraqlanıb
Milli Məclis
29 Oktyabr , 2015 16:04
Məzahir Pənahov Latviya MSK-nın sədri ilə görüşüb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Parlament seçkilərini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Çimdarsın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün MSK sədri Məzahir Pənahovla görüşüb. Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib. 

MSK sədri Məzahir Pənahov bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın da ilbəil inkişafından məmnunluğunu bildirib və müxtəlif ölkələrin ali seçki qurumları ilə münasibətlərin davamlı təcrübə mübadiləsinin aparılmasına və beləliklə, seçki prakikasının daha da inkişaf etdirilməsinə xidmət göstərdiyini vurğulayıb.

Latviya MSK-nın sədri Arnis Çimdars noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülən işlərlə maraqlanıb. 

Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün atılan addımlar və həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin, qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi