Məzahir Pənahov: “İctimaiyyəti çaşdırmaq olmaz”

Məzahir Pənahov: “İctimaiyyəti çaşdırmaq olmaz” İndiyədək 1 054 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Milli Məclis
5 Oktyabr , 2015 17:31
Məzahir Pənahov: “İctimaiyyəti çaşdırmaq olmaz”

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Mərkəzi Seçki Komissiyasının çıxardığı qərarlar qanunvericiliyə əsaslanıb, ədalətli olub”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, MSK deputatlığa namizədliyini irəli sürənlərlə bağlı müsbət qərarlar çıxarmağa çalışır: “Azərbaycanda şəffaf seçki mühiti mövcuddur. Biz də çalışırıq ki, hər şey qanunvericiliyə əsaslansın. Amma bəziləri bu işlərdən başqa nəticələr çıxarmağa çalışırlar. Bu cür addımlarla ictimaiyyəti çaşdırmaq olmaz”.

M.Pənahov indiyədək 1 054 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirib.

Son xəbərlər

Orphus sistemi