Media təmsilçiləri AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri ilə görüşüb

Media təmsilçiləri AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri ilə görüşüb Görüşdə bu ilin noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə edilib
Milli Məclis
22 Sentyabr , 2015 17:42
Media təmsilçiləri AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri ilə görüşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Media təmsişçiləri Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda seçkiləri Müşahidə Missiyası üzrə Müvəqqəti Komitənin üzvləri ilə görüşüb.

"Report"un məlumatına görə, görüşdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, "Azadlıq" radiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak edib.

Görüşdə bu ilin noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə edilib, bununla bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi