​MDB PA-nın uzunmüddətli müşahidəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqinə başlayıb

​MDB PA-nın uzunmüddətli müşahidəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqinə başlayıb Beynəlxalq müşahidəçilər Gəncə, Samux, Şəmkir şəhərlərində seçkilərə hazırlıq prosesi ilə tanış olub
Milli Məclis
19 Oktyabr , 2015 13:28
​MDB PA-nın uzunmüddətli müşahidəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqinə başlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycana işçi səfəri çərçivəsində MDB Parlamentlərarası Assambleyasının (PA) və MDB Parlamentlərarası Assambleyası Şurası Katibliyinin akkreditə olunmuş beynəlxalq müşahidəçiləri Gəncə, Samux, Şəmkir şəhərlərində, həmçinin Şəmkir və Samux rayonlarının ərazisində seçkilərə hazırlıq prosesi ilə tanış olub.

"Report" MDB Parlamentlərarası Assambleyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 17-də MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupu üzvlərinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşü baş tutub. Gəncə şəhər İcra başçısı noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərin təşkili şəraiti ilə bağlı şəhər rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər barədə müşahidəçilərin suallarını cavablandırıb. Həmin gün müşahidəçilər Gəncə şəhər Nizami və Kəpəz rayonlarının №38 və №40 saylı dairə seçki komissiyalarında, həmçinin bu seçki dairələrin seçki məntəqələrində də aparılan hazırlıq işləri ilə tanış olublar.

Oktyabrın 18-də MDB PA müşahidəçiləri Azərbaycanın Şəmkir və Samux rayonlarında seçkilərə hazırlıq prosesi ilə də yaxından tanış olublar. 

Son xəbərlər

Orphus sistemi