Yuxarı

MDB-nin Müşahidə Missiyası Qərargahının rəhbəri Rüstəm Usubovla görüşüb

Yevgeni Sloboda: Ötən illərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlığı daha da artıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün baş prokurorun birinci müavini Rüstəm Usubov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyası Qərargahının rəhbəri Yevgeni Sloboda ilə görüşüb. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədilə görülən işlərdən danışan R.Usubov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə məlumat verib.

Y.Sloboda ölkədə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən illərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlığının daha da artdığının şahidi olduğunu xüsusi qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi