Yuxarı

MDB müşahidəçiləri Azərbaycanda seçkiqabağı prosesin açıq və şəffaf keçməsini yüksək dəyərləndirir

Yevgeni Sloboda: Seçkiqabağı kampaniya sakit şəraitdə keçir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda seçkiqabağı kampaniya Seçki Məcəlləsinə uyğun olmaqla sakit şəraitdə keçir. Bu barədə "Report"a MDB-dən olan müşahidəçilər missiyası qərargahının rəhbəri Yevgeni Sloboda bildirib. 

"Biz müntəzəm surətdə dairə və məntəqə seçki komissiyaları ilə görüşürük. Artıq Neftçala və Salyanda məntəqələrində olmuşuq və görüşlər keçirmişik", - Y.Sloboda qeyd edib. 

Onun sözlərinə görə, müşahidəçilər missiyası Azərbaycanda seçkiqabağı prosesin açıq və şəffaf keçməsini, komissiya üzvlərinin peşəkarlığını yüksək dəyərləndirir.

"Biz həmçinin Azərbaycan Ali Məhkəməsi və Baş Prokurorluğunda görüşlər keçirməyi və həmin görüşlərdə seçki kampaniyası ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırırıq", - qərargah rəhbəri vurğulayıb. 

Y.Sloboda qeyd edib ki, artıq MDB-dən olan müşahidəçilərin akkreditasiyası başa çatır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi