​MDB-dən olan 130-a yaxın müşahidəçi Azərbaycandakı parlament seçkilərinin monitorinqini keçirəcək

​MDB-dən olan 130-a yaxın müşahidəçi Azərbaycandakı parlament seçkilərinin monitorinqini keçirəcək MDB müşahidə missiyası qərargahının rəhbəri MSK sədri ilə görüşüb
Milli Məclis
19 Oktyabr , 2015 14:25
​MDB-dən olan 130-a yaxın müşahidəçi Azərbaycandakı parlament seçkilərinin monitorinqini keçirəcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanda keçiriləcək parlament seçkilərindəki MDB müşahidəçi missiyasının tərkibinə 130-a yaxın müşahidəçi daxil olacaq, onlardan 12-si öz funksiyalarını uzunmüddətli əsaslarla həyata keçirəcək.

MDB müşahidəçi missiyasının qərargahından "Report"a verilən məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşü zamanı qərargahın rəhbəri Yevgeni Sloboda bildirib.

Görüş zamanı MSK sədri seçki kampaniyasının gedişi barədə ətraflı məlumat verərək, parlament seçkiləri ilə bağlı bütün fəaliyyətin Seçki qanunvericiliyi çərçivəsində həyata keçirildiyini vurğulayıb.

MDB missiyası qərargahının rəhbəri E.Sloboda müşahidə missiyasının formalaşması proseduru və iş prinsipləri barədə məlumat verib.

Qərargah rəhbəri müşahidə missiyasının vəzifəsinin dövlətin daxili işi olan azad və demokratik seçkilərin keçirilməsinə yardım etdəkdən ibarət olduğunu qeyd edib.

Xatırladaq ki, MDB PA-nın uzunmüddətli beynəlxalq müşahidəçilər missiyası artıq Gəncə, Samux, Şəmkir şəhərlərində seçkilərə hazırlıq prosesi ilkə tanış olub.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabr ayının 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi