Yuxarı

İtaliyalı deputat: "Avropanın Azərbaycana ehtiyacı var"

Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox diqqət ayırmalıdır

Bakı. 2 noyabr. REPORT.AZ/ "Azərbaycan müstəqilliyini yeni qazansa da, mən hələ bu ölkədəki kimi demokratik seçkilər görməmişəm". "Report" xəbər verir ki, bunu İtaliyadan olan müşahidə qrupunun rəhbəri, deputat Sercio Divino söyləyib.

Azərbaycanın seçkilərə yüksək hazırlığını qeyd edən italiyalı deputat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsi qərarını tənqid edib: "Qloballaşan dünyada cari beynəlxalq böhran fonunda Avropanın Azərbaycana ehtiyacı var. Hesab edirəm ki, dünyəvi Azərbaycan modeli bizim üçün nümunə olmalıdır. Bizim seçkilərdə iştirakımız isə Avropa Parlamentinin qərarına qarşı etirazdır".

Öz növbəsində, İtaliya parlamentinin nümayəndə heyətinin digər üzvü Fiorello Provera isə Azərbaycanın xüsusilə də enerji sahəsində əhəmiyyətini vurğulayıb.

Deputat çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub: "Beynəlxalq təşkilatlar insan hüquqlarına görə Azərbaycanı tənqid etməkdənsə, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox diqqət ayırmalıdır. Heç İtaliya da mükəmməl deyil. Əsas vacib məqam ondan ibarətdir ki, Azərbaycan demokratiyaya doğru addımlayır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi