Yuxarı

İsrail radiosunun baş redaktoru: "Azərbaycanda keçirilən parlament seçkilərində təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin olunmuşdu"

Parlament seçkiləri demokratik şəkildə keçirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycanda keçirilən parlament seçkilərində təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin olunmuşdu". Bunu "Report"a açıqlamasında bu gün Milli Məclisə keçirilən seçkiləri izləyən İsrailin 1-ci radiosunun baş redaktoru Vlad Zernitskiy bildirib. O vurğulayıb ki, polis qanunvericiliyə uyğun olaraq seçki məntəqələrindən 100 metr aralıda xidmət göstərirdi: "İsraildə keçirilən seçkilər zamanı da seçkilərdə təhlükəsizlik məsələləri xüsusi önəm daşıyır".

V.Zernitskiy həmçinin seçkilərdə görünməyən mürəkkəb və ultra-bənövşəyi detektorlardan istifadə olunduğunu qeyd edərək, bunu bir çox ölkələr üçün örnək göstərib.

Baş redaktor həmçinin vətəndaşların seçkilərdəki müşahidə aktivliyini də qeyd edib. O bildirib ki, seçkiləri həm bitərəf, həm iqtidar, həm də müxalifət namizədlərin tərəfdarları olan vətəndaşlar müşahidə edib və onların sayı kifayət qədər çoxluq təşkil edib. "Bu onu göstərir ki, Azərbaycanda parlament seçkiləri demokratik şəkildə keçirilib", - V.Zernitskiy deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi