İƏT: "Azərbaycanda seçkilər sülh şəraitində, şəffaf və ədalətli keçirilib"

İƏT: "Azərbaycanda seçkilər sülh şəraitində, şəffaf və ədalətli keçirilib" "Seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi yüksək idi"
Milli Məclis
2 Noyabr , 2015 13:31
İƏT: Azərbaycanda seçkilər sülh şəraitində, şəffaf və ədalətli keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatı (İƏT) seçkilərin nəticələrini müsbət qiymətləndirir: seçki prosesi dinc və sakit ab-havada keçirilib.

"Report" xəbər verir ki, bunu İƏT-in müşahidə missiyasının rəhbəri Həbib Kaabaçi keçirdiyi brifinqdə deyib.

"Müşahidəçi kimi vəzifəmiz İƏT-in fəal üzvü kimi, Azərbaycanda demokratiyanın inkişafını dəstəkləməkdir", - H.Kaabaçi bildirib.

Missiya rəhbərinin sözlərinə görə, seçkilər uğurla keçirilib. Seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsinin yüksək olduğunu deyən H.Kaabaçi bunları əlavə edib: "Biz eyni zamanda seçici siyahılarını yoxladıq, namizədlərin nümayəndələrinin iştirakını qeydə aldıq, seçki qutularının möhürlənməsini müşahidə etdik. Hesab edirik ki, Azərbaycanda seçkilər sülh şəraitində, şəffaf və ədalətli keçirilib".

Onun sözlərinə görə, yaxşı təşkil olunmuş seçkilər seçki prosesini beynəlxalq standartlara uyğun keçirilib.

"Seçkinin nəticələrinin demokratiya və dövlətin güclənməsi istiqamətində növbəti addım olduğunu hesab edirik", - missiya rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi