ELS Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirəcəyi dairələrin və məntəqələrin sayını açıqlayıb

ELS Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirəcəyi dairələrin və məntəqələrin sayını açıqlayıb İradə Yaqubova deyib ki, “exit-poll”un keçirilməsinə 2600 şəxs cəlb olunacaq
Milli Məclis
27 Oktyabr , 2015 12:48
ELS Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirəcəyi dairələrin və məntəqələrin sayını açıqlayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ ELS Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkiləri günü 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “exit-poll”  keçirəcək. 

“Report”un məlumatına görə, mərkəzin sədri İradə Yaqubova oktyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib ki, rəhbərlik etdiyi qurum 2008-ci ildən bütün seçkilərdə fəal iştirak edir: “ELS Müstəqil Araşdırmalar Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir, 2007-ci ildən dövlət qeydiyyatına alınıb. Bu müddət ərzində bütün seçkilərdə iştirak etmişik. Xeyli təcrübə qazanmışıq, fəaliyyətimizi təkmilləşdirmişik”.

İ.Yaqubova bildirib ki, noyabrın 1-də “exit-poll”un keçirilməsinə 2600 şəxs cəlb olunacaq: "Burada iş könüllülük prinsipi əsasında aparılır”.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri istisna olmaqla, ölkə ərazisində olan digər seçki dairələrində “exit-poll” keçiriləcək.

Mərkəz sədri “exit-poll”un keçirilmə qaydaları ilə bağlı da məlumat verib.

Son xəbərlər

Orphus sistemi