Yuxarı

Elmira Süleymanova: "Seçkilərlə bağlı heç bir şikayət daxil olmayıb"

Ombudsman: Müşahidələrimizi apardıq, bütün proses normal keçib

Bakı. 1 noyabr. REPORT.AZ/ “Ombudsman təsisatı olaraq seçkiləri müşahidə etməkdə maraqlı idik. Müşahidələrimizi apardıq, bütün proses normal keçib”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova bildirib.

O deyib ki, günün sonuna qədər Bakıdakı bütün seçki dairələrindəki müxtəlif seçki məntəqələrinə baş çəkib: “Bizə heç bir şikayət olmadı”.

E. Süleymanova Azərbaycanın böyük şəhər və rayonlarında da ombudsman təsisatının 45 əməkdaşının müşahidə apardığını nəzərə çatdırıb: “Ona görə də deyə bilərəm ki, bizə seçkilərlə bağlı heç bir şikayət daxil olmayıb”.

E. Süleymanva da cəzaçəkmə müəssisələrində və hərbi hissələrdə səsvermə zamanı da heç bir pozuntu halına rast gəlmədikərini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi