DSK sədri: "Lənkəranda sel sularından zərər çəkən kəndlərin əhalisinin səs verməsi üçün lazımi şərait yaradılıb"

DSK sədri: "Lənkəranda sel sularından zərər çəkən kəndlərin əhalisinin səs verməsi üçün lazımi şərait yaradılıb" "Məntəqələrdə hər hansı problem yoxdur"
Milli Məclis
1 Noyabr , 2015 10:12
DSK sədri: Lənkəranda sel sularından zərər çəkən kəndlərin əhalisinin səs verməsi üçün lazımi şərait yaradılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ "Lənkəran rayonunda sel sularından zərər çəkən kəndlərin əhalisinin Milli Məclisə seçkilərdə səs verməsi üçün lazımi şərait yaradılıb". Bunu "Report"a açıqlamasında 74 saylı Lənkəran kənd Seçki Dairəsinin sədri Əlövsət Rufiyev deyib.

O bildirib ki, yağıntıları nəzərə alaraq seçki məntəqələrinin ətrafında qabaqcadan tədbirlər görülüb: "Yağıntı sularının ərazidən uzaqlaşdırılması üçün texnikalardan istifadə olunub. Xüsusi generatorlar vasitəsi ilə çökək ərazilərdən su nasoslarla götürülüb. Hazırda səsvermənin gedişi normal davam edir. Məntəqələrdə hər hansı problem yoxdur".

Son xəbərlər

Orphus sistemi