Deputatlığa namizədliyi qeydə alınanların sayı 317-yə çatıb

Deputatlığa namizədliyi qeydə alınanların sayı 317-yə çatıb İndiyədək 108 müşahidəçi qeydiyyatdan keçib
Milli Məclis
28 Sentyabr , 2015 17:08
Deputatlığa namizədliyi qeydə alınanların sayı 317-yə çatıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Milli Məclisə seçkilərdə iştirak etmək üçün indiyədək seçki dairələrinə 1 560 nəfər müraciət edib. Onlardan 560-ı siyasi partiyalar, 60-ı “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 937 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 461 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 352 nəfər imza vərəqəsi alıb: “521 nəfər artıq imza vərəqələrini qaytarıb. Onların 317-nin deputatlığa namizədliyi qeydə alınıb”.

M.Pənahovun sözlərinə görə, indiyədək 108 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 10-u qeyri-hökumət təşkilatları, 97-si öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu il noyabın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi