Yuxarı

​Deputatlığa namizəd Bəxtiyar Əliyev seçicilərlə görüşüb - FOTO

O, Abşeron və Qaradağ rayonlarının ardından Bakının Binəqədi, Nərimanov və Yasamal rayonlarında məskunlaşan ağdamlı seçicilərlə görüşüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Deputatlığa namizəd Bəxtiyar Əliyev seçicilərlə növbəti görüşlər keçirib.

Azərbaycan Respublikası Milli Məclisinə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə növbəti görüşlər keçirib.

B.Əliyev Abşeron və Qaradağ rayonlarının ardından Bakının Binəqədi, Nərimanov və Yasamal rayonlarında məskunlaşan ağdamlı seçicilərlə görüşüb.

Seçicilərin böyük fəallıq və maraq göstərdikləri görüşlərdə B.Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan layihələr, sosial-iqtisadi inkişaf, insanların sosial rifahının yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən işlər barədə geniş danışıb.

O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından, ev-eşiyindən didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli daimi dövlətin diqqət mərkəzində olub, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə bu sahədə böyük işlər görülüb, yeni qəsəbələr salınıb, məcburi köçkünlərin yaşayış və işsizlik problemləri həll olunub.

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daimi doğma ağdamlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq.

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də noyabrın 1-də millət vəkili Bəxtiyar Əliyevə səs verəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi