Bakı. 23 sentyabr. REPORT.AZ/ 15 saylı Yasamal birinci Seçki Dairəsindən parlament seçkilərinə qatılan deputat Ülvü Quliyevin namizədliyi qeydə alınıb.
Bunu "Report"a açıqlamasında 15 saylı Yasamal birinci Seçki Dairəsinin Dairə Seçki Komissiyasının sədri Sərdar Süleymanov deyib.
Komissiya sədri bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd olmaq üçün indiyədək 16 nəfər müraciət edib: "Onların hamısının müraciəti təmin olunub və imza vərəqələri verilib. İndiyə qədər yalnız Ülvi Zahid oğlu Quliyev imza vərəqələrini qaytarıb və onun namizədliyi qeydə alınıb".
S.Süleymanov deyib ki, hazırda
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası həmin dairədən Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Mirazim oğlu Aslanovun namizədliyini irəli sürüb. Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də bu dairədən namizəddir.