Bakı. 1 noyabr. REPORT.AZ/ 95 saylı Tərtər Seçki Dairəsinin 3 məntəqəsi üzrə seçkilər cəbhə bölgəsində yerləşən hərbi hissələrdə keçirilir. "Report" xəbər verir ki, səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər. 8 məntəqədə veb-kamera quraşdırılıb.
95 saylı Tərtər seçki dairə sədri Hünbət Mehtiyevin "Report"a verdiyi məlumata görə, səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.
Xatırladaq ki, 95 saylı seçki dairəsində 6 nəfərin namizədliyi qeydə alınıb. Dairə ərazisində 41 seçki məntəqəsi var.