Yuxarı
    Bağlamaq

    Britaniya Parlamenti Lordlar Palatasının üzvü: “Milli Məclisə seçkilərdə qayda pozuntusu olmadı”

    “Hər şey nizam-intizamla keçirildi”

    Bakı. 2 noyabr. REPORT.AZ/ “Azərbaycana yenidən gəlməyimə şadam. Milli Məclisə seçkilər çərçivəsində 6 seçki dairəsinin ərazisində olduq. Hər yerdə seçki ciddi qaydada keçirildi. Hər hansı bir qayda pozuntusu olmadı”.

    “Report”un məlumatına görə, bunu Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvü Baronessa Detta Okahoyn Bakıda keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, barmaqlara mürəkkəb vurma işi də çox yüksək səviyyədə təşkil olunub: “Hər şey nizam-intizamla keçirildi. Londonda insanlar seçki məntəqələrinin yanına yığılır. Burada da insanlar qayda-qanunla gəlib səs verirdilər. Qonaqpərvərliyə isə söz ola bilməz. Mən Azərbaycanın dostuyam”, - Okahoyn bildirib.

    Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord-Deyvid Evans da bildirib ki, seçkilərin azad və ədalətli keçirildiyini deyib: “Təhlükəsizlik də qaydasında idi. Biz müşahidə apardığımız dairələrin 4-ü Bakıda, ikisi isə şəhərdən kənarda idi. Hər dəfə Azərbaycana gələndə qonaqpərvərliyin şahidi oluruq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi