Yuxarı

Bolqarıstanlı deputat: "Azərbaycanda seçkilərin sakit qarşılanması saxtakarlığın baş verməməsinin göstəricisidir"

Demokratik seçkinin necə keçirildiyini görmək istəyən Azərbaycana gəlsin və burada seçkilərin təşkili təcrübəsini öyrənsin

Bakı. 2 noyabr. REPORT.AZ/ "Demokratik seçkinin necə keçirildiyini görmək istəyən Azərbaycana gəlsin və burada seçkilərin təşkili təcrübəsini öyrənsin". Bunu "Report"a açıqlamasında Bolqarıstan parlamentinin deputatı Dariktova Prodanova bildirib.

O qeyd edib ki, Azərbaycanda keçirilən parlament seçkilərini Bolqarıstan parlamentinin 5 nəfərdən ibarət nümayəndə heyəti ilə müşahidə edib: "Biz seçkiləri izlədik, seçkilər demokratik və şəffaf keçirilməsi ilə yanaşı həm də nizam, intizam qaydalarına uyğun şəkildə keçirilib. Adətən Avropa ölkələrində keçirilən seçkilərdə insanlar seçkilər prosesinə etirazını bildirərək küçələrə axışır, mitinqlər keçirir, aksiyalar təşkil edir. Təbii ki, bunlar seçkidə baş verən saxtakarlıqlara qarşı keçirilir. Azərbaycanda seçkilərin sakit qarşılanması saxtakarlığın baş verməməsinin göstəricisidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi