Yuxarı

Beynəlxalq müşahidəçi: "MSK seçkilərin yüksək səviyyədə keçməsi üçün hər şey edib"

Kazbek Taysayev kifayət qədər yüksək seçici fəallığını qeyd edib

Bakı. 1 noyabr. REPORT.AZ/ "Seçkilər çox sakit ab-havada keçir. Azərbaycan MSK-sı seçkilərin yüksək səviyyədə keçməsi üçün hər şey edib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri üzrə komissiyasının rəhbər müavini Kazbek Taysayev deyib.

Rusiya Dövlət Dumasının komitə sədrinin müavini kifayət qədər yüksək seçici fəallığını qeyd edib.

Qeyd edək ki, K.Taysaev Rusiya parlamentinin aşağı palatasının deputatlarından ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi