Bərdənin ən yaşlı seçicisi səs verib

Bərdənin ən yaşlı seçicisi səs verib Zümrüd Abbasovanın yaşadığı ünvana daşınan seçki qutusu aparılıb
Milli Məclis
1 Noyabr , 2015 10:27
Bərdənin ən yaşlı seçicisi səs verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bərdənin ən yaşlı seçicisi parlament seçkilərində səs verib. "Report"un məlumatına görə, 93 saylı Bərdə şəhər seçki dairəsində qeydiyyata alınan ən yaşlı seçici 109 yaşlı Zümrüd Abbasovadır. 

Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak edən Zümrüd Abbasovanın son illərdə səhhətində problem yaranıb. Elə bu səbəbdən də 109 yaşlı seçicinin yaşadığı ünvana daşınan seçki qutusu aparılıb.

Xatırladaq ki, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə 100 yaşı olan daimi seçicilərin sayı 11 nəfər, 80 yaşı olan daimi seçicilərin sayı isə 987 nəfərdir.

Qeyd edək ki, rayonun İkinci Hacallı kəndində yaşayan Z.Abbasova 1906-cı ildə anadan olub. İkinci dünya müharibəsində arxa cəbhədə iştirakına görə bir sıra medallarla təltif olunan Z.Abbasova həm də qəhrəman anadır.

Son xəbərlər

Orphus sistemi