​Bakı şəhərindəki seçicilərin sayı açıqlanıb

​Bakı şəhərindəki seçicilərin sayı açıqlanıb Paytaxtın 29 seçki dairəsində 1 milyon 224 min 272 seçici qeydiyyatdadır
Milli Məclis
26 Oktyabr , 2015 10:42
​Bakı şəhərindəki seçicilərin sayı açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı şəhərində səsvermə hüququ olan vətəndaşların sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Bakıda 29 seçki dairəsində 1 milyon 224 min 272 seçici qeydiyyatdadır. 

Ən çox seçicisi olan dairə 9 saylı Binəqədi ikinci seçki dairəsi (48154), ən az seçici isə 17 saylı Yasamal üçüncü seçki dairəsindədir (32259).

Son xəbərlər

Orphus sistemi