Prezident İlham Əliyev: ​“Azərbaycanın dəvətinə baxmayaraq, ATƏT-in bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr etdi”

Prezident İlham Əliyev: ​“Azərbaycanın dəvətinə baxmayaraq, ATƏT-in bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr etdi” Dövlət başçısı MDB İcraiyyə Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Milli Məclis
2 Noyabr , 2015 15:41
Prezident İlham Əliyev: ​“Azərbaycanın dəvətinə baxmayaraq, ATƏT-in bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr etdi”

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də MDB İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə MDB-dən müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu il rəhbərlik etdiyi missiyanın MDB-nin müxtəlif ölkələrində öz fəaliyyətlərini uğurla həyata keçirdiyini deyib. Azərbaycandakı seçkilərdə rəhbərlik etdiyi təşkilatdan 147 nəfərdən ibarət nümayəndə heyətinin iştirak etdiyini vurğulayan Sergey Lebedev bildirib ki, missiya adətən nümayəndələrin sayını ölkələrlə razılaşma əsasında müəyyənləşdirir və öz müşahidələrini həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirir. Milli Məclisə seçkilərdən danışan Sergey Lebedev deyib: “Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə tam təmin olunub”.

Dövlət başçısı MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etdiyi təşkilatın ölkə qanunvericiliyinə əsaslanan obyektiv yanaşmasının və qətiyyən siyasiləşdirilməmiş mövqeyinin önəmini qeyd edib. Daha sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın dəvətinə baxmayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr etdi. Dövlət başçısı deyib ki, onlara müşahidəçilərin sayının ölkə əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda seçkiləri müşahidə etməkdən imtina etdilər. Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu hərəkətinin qəbuledilməz olduğunu dedi. Dövlət başçısı bütün bunlara baxmayaraq Avropa Şurasının Parlament Assambleyasını, Müstəqil Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və ölkələri təmsil edən çoxsaylı müşahidəçilərin seçki prosesini izlədiklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi