​Azərbaycandakı seçkilərdə MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin olunub

​Azərbaycandakı seçkilərdə MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin olunub Müvafiq sərəncəm MDB PA Şurasının sədri Valentina Matviyenko tərəfindən imzalanıb
Milli Məclis
1 Oktyabr , 2015 11:38
​Azərbaycandakı seçkilərdə MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin olunub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinə seçkilərin monitorinqində iştirak edən MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski təyin edilib. "Report" MDB PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq sərəncam MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenko tərəfindən imzalanıb.

Leonid Slutski iqtisadiyyat elmləri doktorudur, 2000-ci ildən bu günə kimi Avropa Şurası (AŞPA) Parlament Assambleyasında Rusiya Federal Məclisi nümayəndə heyəti rəhbərinin müavinidir. Dəfələrlə üzv dövlətlərdəki seçkilərdə MDB Parlamentlərarası Assambleyası tərəfindən müşahidəçi qismində iştirak edib.

Xatırladaq ki, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupu noyabr ayının 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı monitorinqdə iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi