Azərbaycanda parlament seçkilərində ən yüksək seçici fəallığı qeydə alınan dairə məlum olub

Azərbaycanda parlament seçkilərində ən yüksək seçici fəallığı qeydə alınan dairə məlum olub Ən aşağı fəallıq isə 36, 01 faizlə 30 saylı Suraxanı birinci seçki dairəsində qeydə alınıb
Milli Məclis
1 Noyabr , 2015 20:44
Azərbaycanda parlament seçkilərində ən yüksək seçici fəallığı qeydə alınan dairə məlum olub

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanda keçirilən parlament seçkilərində ən yüksək seçici fəallığı 81, 02 faizlə 14 saylı Xəzər, ən aşağı fəallıq isə 36, 01 faizlə 30 saylı Suraxanı birinci seçki dairəsində qeydə alınıb. 

"Report" xəbər verir ki, bunu MSK-nın Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib. 

O bildirib ki, Naxçıvanda 7 seçki dairəsi üzrə seçici fəallığı 76,4 faiz, Bakıdakı dairələr üzrə seçici fəallığı 51,4 faiz, digər 89 rayon üzrə seçici fəallığı 55,7 faiz olub.

R.Gülməmmədov qeyd edib ki, parlament seçkiləri baş tutub. 

Son xəbərlər

Orphus sistemi