​Sabah Azərbaycanda parlament seçkiləri keçiriləcək

​Sabah Azərbaycanda parlament seçkiləri keçiriləcək Seçkilərdə 125 yer uğrunda 767 deputatılığa namizəd mübarizə aparacaq
Milli Məclis
31 Oktyabr , 2015 10:41
​Sabah Azərbaycanda parlament seçkiləri keçiriləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Sabah, noyabrın 1-də V çağırış Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək.

"Report"un məlumatına görə, seçkilərdə 125 yer uğrunda 767 deputatılığa namizəd mübarizə aparacaq.

Qeydə alınanların bir hissəsi 15 siyasi partiyanın, "Azadlıq-2015" seçki blokunun və təşəbbüs qruplarının namizədləridir. Hakim Yeni Azərbaycan Partiyası 116 seçki dairəsindən namizəd irəli sürüb. Namizədlərin bir hissəsi isə öz təşəbbüsləri ilə seçkiyə qatılıblar.

Parlament seçkilərini izləmək üçün 66 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında 2 619, dairə seçki komissiyalarında isə 63 mindən artıq müşahidəçi qeydə alınıb.

Səsvermə prosesini 501 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 27 beynəlxalq təşkilatı və ölkəni təmsil edirlər.

Eyni zamanda, parlament seçkilərində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Yalnız Ermənistan tərəfindən işğal edilmiş rayonları əhatə edən 6 seçki dairəsi üzrə (120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı) veb-kameralar quraşdırılmayıb.

Bundan başqa, parlament seçkilərində 4 təşkilat "exit-poll" keçirəcək. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və "RƏY" Monitorinq Mərkəzi qeydə alınıb.

Seçkiləri 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi izləyəcək.

Oktyabrın 31-də saat 08:00-da deputatlığa namizədlərin təşviqat kampaniyası başa çatıb. 

Son xəbərlər

Orphus sistemi