Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı 1 190-a çatıb

Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı 1 190-a çatıb Onlardan 910-u öz təşəbbüsü ilə seçkiyə qatılıb
Milli Məclis
7 Oktyabr , 2015 17:03
Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı 1 190-a çatıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1 190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Qeydə alınan namizədlərin 263-nü siyasi partiyalar, 15-ni "Azadlıq-2015" seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb. 910 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb. 

İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin biri üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.  

Son xəbərlər

Orphus sistemi