Yuxarı

Azərbaycan seçkilərdə elektron səsverməyə keçə bilər

Seçkilər İnformasiya Mərkəzinin rəhbəri: Azərbaycanda elektron səsvermənin keçirilməsi üçün texniki, infrastruktur baxımından problem yoxdur

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Əgər qanunvericilikdə dəyişiklik olarsa, Azərbaycan elektron səsverməyə keçə bilər". "Report" xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov deyib.

R. Gülməmmədov bildirib ki, Azərbaycanda elektron səsvermənin tətbiqi və keçirilməsi üçün texniki, infrastruktur baxımından problem yoxdur: "Səsvermənin ən böyük şərti anonimlikdir. Elektron səsvermədə vətəndaşa təzyiq də ola bilər. Məhz buna görə də, bir çox ölkələrdə elektron səsvermə uğursuz olub, nəticələri yaxşı qarşılanmayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi