Prezident İlham Əliyev Milli Məclisə keçirilən seçkilərdə səs verib

Prezident İlham Əliyev Milli Məclisə keçirilən seçkilərdə səs verib Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib
Milli Məclis
1 Noyabr , 2015 10:30
Prezident İlham Əliyev Milli Məclisə keçirilən seçkilərdə səs verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Milli Məclisə keçirilən seçkilərdə səs veriblər.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 1-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəlib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər. 

Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər. 

Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib.

Bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb.

Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və namizədlərin nümayəndələri izləyiblər.

Son xəbərlər

Orphus sistemi