Yuxarı

Azərbaycan polisi parlament seçkiləri dövründə gücləndirilmiş iş rejmində işləyəcək

İdarə rəisinin müavini: Seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə edilməsi üçün asayiş etibarlı şəkildə qorunacaq

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və seçki məntəqələrinin sədrlərinin qərarı ilə ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək. İctimai asayiş bərpa olunduqdan sonra dərhal məntəqədən çıxarılacaq".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini Hikmət Eyvazov deyib. O bildirib ki, parlament seçkiləri ilə əlaqədar olaraq oktyabrın 27-dən noyabrın 2-nə kimi DİN-in bütün strukturları gücləndirilmiş iş rejimində işləyəcək: "Seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə edilməsi üçün asayiş etibarlı şəkildə qorunmalıdır".

Qeyd edək ki,  bu gün Gəncədə Mərkəzi Seçki Komissiyası və DİN-in  birgə seminar-müşavirəsi keçirilib. Zonalar üzrə keçirilən seminar-müşavirədə Azərbaycanın 37 şəhər və rayon polis  idarələrinin rəis və müavinləri ilə yanaşı qərb bölgəsində fəaliyyət göstərən dairə seçki komissiyalarının (DSK) sədrləri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi