Yuxarı

“Azadlıq-2015” seçki bloku buraxılıb

Bu barədə qərar bloka daxil olan siyasi partiya sədrlərinin iclasında qəbul edilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar yaradılan "Azadlıq-2015" seçki bloku buraxılıb.

"Report" xəbər verir ki, bu barədə qərar bloka daxil olan siyasi partiya sədrlərinin iclasında qəbul edilib.

"Azadlıq-2015" seçki blokuna daxil olan partiya sədrləri - Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev və Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn eyni adlı siyasi partiyalar bloku şəklində əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, "Azadlıq-2015" seçki blokunun parlament seçkilərində 20 deputatlığa namizədi qeydə alınmışdı. Onlardan heç biri namizədliyi irəli sürülən seçki dairəsində lider namizəd ola bilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi