Avstraliya Parlamentinin nümayəndə heyəti Məzahir Pənahovla görüşüb

Avstraliya Parlamentinin nümayəndə heyəti Məzahir Pənahovla görüşüb Nümayəndə heyətinin rəhbəri Azərbaycanda keçiriləcək seçkilərlə bağlı görülən işlərlə maraqlanıb
Milli Məclis
28 Oktyabr , 2015 15:09
Avstraliya Parlamentinin nümayəndə heyəti Məzahir Pənahovla görüşüb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkədə səfərdə olan Avstraliya Parlamentinin nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

M.Pənahov Milli Məclisə seçkilər ərəfəsində parlamentarilərlə görüşdən məmnunluğunu bildirib. Komissiya sədri MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrindən söhbət açıb və beynəlxalq təcrübənin öyrənilməsinin seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Luke Simpkins və Avstraliya Parlamentinin üzvləri Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi və bu il ölkədə keçiriləcək seçkilərlə bağlı görülən işlərlə maraqlanıblar.

Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Sonra parlamentarilər Milli Məclisə seçkilərlə bağlı MSK-nın fəaliyyəti və müxtəlif layihələrlə bağlı son hazırlıq işləri ilə yaxından tanış olublar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi