Yuxarı

Aviqdor Liberman: “Seçkilər şəffaf qaydada keçirildi”

“Beynəlxalq təşkilatların ikili standartları ilə biz də rastlaşırıq”

Bakı. 2 noyabr. REPORT.AZ/ “İsrail parlamentindən dörd nəfərdən ibarət nümayəndə heyəti Azərbaycandakı seçkilərdə müşahidəçi qismində iştirak etdi. Seçki məntəqələrində apardığımız müşahidələr göstərdi ki, seçkilər şəffaf qaydada keçirildi”.

“Report”un məlumatına görə, bunu İsrail parlamentinin üzvü Aviqdor Liberman Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Seçki məntəqlərində qayda-qanun və seçki mədəniyyətini vurğulamaq istəyirəm. Beynəlxalq təşkilatların ikili standartları ilə biz də rastlaşırıq. Məsələn, Səudiyyə Ərəbistanındakı insan haqlarının pozulması ilə bağlı heç yerdə heç nə deyilmir. Amma bəzən digər ölkələrdə xırda pozuntularla bağlı car çəkirlər”, - o vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi