Yuxarı

Aureliya Qriqoriu: Azərbaycanda seçkilərə hazırlıq qanunvericiliyə uyğun həyata keçirilir

O deyib ki, Azərbaycan ictimaiyyətində demokratik əhval-ruhiyyə mövcuddur

Bakı. 27 oktyabr. REPORT.AZ/ Mən Azərbaycandakı seçki prosesini yaxından izləyirəm və tam əminliklə deyə bilərəm ki, seçkilərə hazırlıq, təbliğat-təşviqat işi ölkə qanunvericiliyinə uyğun həyata keçirilir.

"Report" xəbər verir ki, bu sözləri Secki-2015.az saytına açıqlamasında Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu bildirib. O deyib ki, Azərbaycan ictimaiyyətində demokratik əhval-ruhiyyə mövcuddur.

A.Qriqoriu bir neçə dəfə Azərbaycanda olduğunu və ölkəmizi bütün qəlbi ilə sevdiyini deyib: “Azərbaycan qürurlu və qonaqpərvər insanların yaşadığı möhtəşəm ölkədir. Azərbaycan demokratik inkişaf yolunu seçib. Ölkədə qanunun aliliyi real olaraq gündəlik tətbiq edilir. Xüsusilə də Azərbaycan xalqının tolerantlığını, keçmişə həssas münasibətini və ölkənin proqressiv gələcəyinə inamla addımlamasını qeyd etmək istərdim. Əlbəttə, heç bir ölkədə hər şey ideal deyil. Ancaq Azərbaycanda problemlərin, çatışmazlıqların müəyyənləşdirilərək aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi sevindiricidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi