Bakı. 23 sentyabr. REPORT.AZ/ "Əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməzsə, onda ATƏT-in Parlament Assambleyası da bunu etməyəcək".
Bu barədə "Report"a ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.
Xəbərə görə, ATƏT PA-nın baş katibi Spenser Oliver bu gün qurumun qərarını təsdiq edib.
Xatırladaq ki, sentyabrın 11-də ATƏT DTİHB-in direktoru Maykl Link rəhbərlik etdiyi qurumun Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməmək barədə qərar qəbul etdiyini açıqlayıb.
Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də keçiriləcək.