AŞPA nümayəndə heyəti seçkilərə hazırlığı MSK sədri ilə müzakirə edib

AŞPA nümayəndə heyəti seçkilərə hazırlığı MSK sədri ilə müzakirə edib Məzahir Pənahov AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsi üçün yaradılan xüsusi komitəsinin üzvləri ilə görüşüb
Milli Məclis
21 Sentyabr , 2015 17:06
AŞPA nümayəndə heyəti seçkilərə hazırlığı MSK sədri ilə müzakirə edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsi üçün yaradılan xüsusi komitəsinin üzvləri ilə görüşüb.

MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə MSK sədri rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrinə daim önəm verdiyini bildirib, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri Xordi Şukla və qonaqlar bu il Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri Məzahir Pənahov vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, atılan addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi