​AŞPA-nın seçkiqabağı nümayəndə heyəti Azərbaycan hakimiyyətinin açıq mövqeyini alqışlayıb

​AŞPA-nın seçkiqabağı nümayəndə heyəti Azərbaycan hakimiyyətinin açıq mövqeyini alqışlayıb AŞPA nümayəndə heyəti Azərbaycana səfərinin yekunlarına dair bəyanat yayıb
Milli Məclis
23 Sentyabr , 2015 16:46
​AŞPA-nın seçkiqabağı nümayəndə heyəti Azərbaycan hakimiyyətinin açıq mövqeyini alqışlayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Azərbaycana səfərinin yekunlarına dair bəyanat yayıb. "Report"un verdiyi məlumata görə, bəyanatda deyilir ki, Azərbaycanda qarşıdan gələn parlament seçkilərini izləmək məqsədilə AŞPA-nın yaratdığı xüsusi komitə üzvlərinin daxil olduğu müşahidəçilərdən ibarət nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Azərbaycan parlamentinin spikeri, xarici işlər naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan siyasi partiya liderləri, eləcə də müxalifət partiyalarının rəhbərləri, Mərkəzi Seçki Komissiyasının sədri, Bakıdakı diplomatik korpusun, KİV və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib.

Bəyanatda nümayəndə heyəti Azərbaycan hakimiyyətinin seçkilərlə bağlı açıq mövqedə olması və Azərbaycan tərəfinin bir çox beynəlxalq təşkilatlara qarşıdakı seçkiləri müşahidə etmək üçün dəvət göndərdiyi faktına diqqət çəkib.

MSK-da nümayəndə heyəti parlament seçkilərinin hazırıq prosesindəki müxtəlif mərhələlərlə tanış olub. MSK-nın məlumatına görə, bu vaxta kimi seçki ilə bağlı hələ heç bir şikayət daxil olmayıb.

Parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri AŞPA nümayəndə heyəti ilə görüşdə bütün namizədlər üçün, xüsusilə də imzatoplama zamanı bərabər imkanların yaradılmasının vacibliyini vurğulayıblar. Öz növbəsində, AŞPA nümayəndə heyəti seçilmək şanslarını artırmaq üçün bəzi müxalifət partiyalarının siyasi alyans çərçivəsində əməkdaşlıq etmək qərarını alqışlayıb.

Bəyanatda nümayəndə heyəti qeyd edib ki, bütün iştirakçılar üçün söz və mətbuat azadlığının təmin olunması və seçki prosesinin tam şəffaf olması üçün bütün tərəflərə bərabər şəraitin yaradılması vacibdir.

"Azərbaycan rəsmiləri AŞPA nümayəndə heyətini əmin ediblər ki, səsvermə zamanı və səslərin hesablanması vaxtı seçki prosesinin şəffaflığını təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçiriləcək", - bəyanatda deyilir. 

Son xəbərlər

Orphus sistemi