AŞPA-nın müşahidəçi missiyası Azərbaycanda keçirilən parlament seçkilərinin gedişini izləyir - FOTO

AŞPA-nın müşahidəçi missiyası Azərbaycanda keçirilən parlament seçkilərinin gedişini izləyir - FOTO Missiyanın rəhbəri Jordi Çukla Kosta ilk öncə 22 saylı Nəsimi ikinci dairəsinin 25 saylı məntəqəsində olub
Milli Məclis
1 Noyabr , 2015 09:18
AŞPA-nın müşahidəçi missiyası Azərbaycanda keçirilən parlament seçkilərinin gedişini izləyir - FOTO

Bakı. 1 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçi missiyası Azərbaycanda parlament seçkilərində səsvermənin gedişini müşahidə etməyə başlayıb.

"Report"un verdiyi məlumata görə, AŞPA-nın müşahidəçi missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Kosta ilk öncə 22 saylı Nəsimi ikinci dairəsinin 25 saylı məntəqəsində olub.

Seçki məntəqəsi açıldıqlan sonra Jordi Çukla Kosta məntəqənin işi ilə tanış olub, məntəqə rəhbərinə bir neçə sual verib və tövsiyələrini edib.

Daha sonra o, məntəqədə olan müşahidəçilərlə söhbət edərək onların iradlarını qeyd edib.

Jordi Çukla Kosta sonra 22 saylı Nəsimi ikinci dairəsinin 24 saylı məntəqəsində olub.

AŞPA-nın müşahidəçi missiyasının rəhbəri seçkiləri müşahidə etməkdə davam edir.

Qeyd edək ki, missiyanın tərkibinə 30 müşahidəçi daxildir. Bu gün onlar Bakıda və ölkənin bölgələrində bir sıra seçki məntəqəsində olacaqlar.

Son xəbərlər

Orphus sistemi